Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:48

Türkiyədə deputatlar yenə dalaşdı


-

Türkiyədə parlament komitəsi deputatları cinayət təqibi toxunulmazlığından azad edən qanun layihəsini təsdiqləyib. Bu, kürdpərəst müxalifətdən olan deputatlara qarşı terrorçuluq ittihamlarının irəli sürülməsinə icazə verəcək konstitusiya dəyişikliyinə yol açır.

Komitə layihəni mayın 2-də axşam saatlarında qəbul edib. Həmin iclasda qarışıqlıq yaranıb, deputatlar bir-birini yumruqlayıb, su butulkası atıb.

Prezident Recep Tayyip Erdoğan Xalq Demokratik Partiyasını (HDP) qadağan olunmuş PKK-nın qanadı adlandırır. Bu qanun layihəsi prezidentin həmin ittihamlarından sonra ərsəyə gəlib.

Erdogan dəfələrlə HDP-dən olan deputatlara qarşı cinayət işi açılmasına çağırıb.

Dünənki iclasdakı dartışmadan sonra HDP təmsilçiləri iclası tərk ediblər. Deputatlardan biri çiynindən xəsarət alıb.

Bu konstitusiya dəyişikliyinin qəbulundan ötrü 550-yerlik parlamentin 2/3-si, azı 363 deputat ona səs verməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG