Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:52

-

Yanvardan bəri İran Cənubi Koreyaya neft ixracını dörd dəfə artırıb və Seulla illik ticarəti 3 dəfə qaldırmağa ümid edir. Bunu İran liderləri mayın 2-də deyib.

İranın neft naziri Bijan Zanganeh söyləyib ki, Tehran apreldə Seula günə 400 min barrel neft göndərib. Yanvarda sanksiyalar qaldırılmamışdan bu rəqəm günə 100 min barrel idi. Cənubi Koreya dünyada beşinci böyük neft idxalçısıdır.

Elə mayın 2-də OPEC-in yaydığı rəqəmlər İranın ötən ay gündəlik neft hasilatını 3.5 milyon barrelə çatdırdığını göstərib. Bu, 2011-ci ilin dekabrından bəri ən yüksək hasilat səviyyəsidir.

İran gündəlik hasilatı 4 milyon barrelə çatdırmağı hədəfləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG