Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:52

Ərizə qəbulu başlayır


TQDK
TQDK

-

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edir.

TQDK-dan AZƏRTAC-a bildirilib ki, ərizələrinin qəbulu mayın 3-dən 17-dək aparılacaq.

Abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə daxil olub, şəxsiyyəti təsdiqləyən sənəddən və virtual ödəmə kartından istifadə etməklə «Abituriyentin elektron ərizəsi» formasını doldururlar. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsilə və ya 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.

I-IV ixtisas qrupları üzrə elektron ərizələrini təsdiqlətdirmiş abituriyentlərin V ixtisas qrupuna və orta ixtisas təhsili müəssisələrinə sənəd verərkən yenidən ödəmə kartı əldə etmələrinə ehtiyac yoxdur. Onlar əvvəlki iş nömrəsi və şifrədən istifadə etməklə ərizələrini təsdiqləyə bilərlər.

«Abituriyentin elektron ərizəsi» forması doldurulduqdan sonra ərizələr təsdiqlənməlidir. Abituriyentlər elektron ərizələri təsdiqlədikdən sonra mayın 6-dan 19-dək eservices.tqdk.gov.az/erizebak/qabiliyyet internet səhifəsində seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasa aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Orta ixtisas təhsili müəssisələrində isə bu, mayın 4-dən 18-dəkdir.

XS
SM
MD
LG