Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:31

-

ABŞ Dövlət Departamenti Rusiyanı siyasi motivlərlə həbs olunduğunu deyən jurnalisti azadlığa buraxmağa çağırıb. Departamentin sözçüsü John Kirby mayın 2-də Rusiyanın Rostov-na-Don şəhərində çalışan jurnalist və bloqqer Sergei Reznik-in məsələsini qaldırıb. Bu iş Vaşinqtonun beşinci illik “Mətbuatı Azad Et” kampaniyası çərçivəsində qaldırılıb.

Reznik 2015-ci ilin yanvarında 18 aylığa həbsə məhkum edilib. O, bir rəsmini təhqir etməkdə, İnternetdə saxta hüquqi şikayət irəli sürməkdə ittiham olunub. Jurnalist ittihamları rədd edir, korrupsiyadan yazdığına görə cəzalandırıldığını deyir.

“Rusiya hökumətini Sergei Reznik-i dərhal azad etməyə çağırırıq”, Kirby söyləyib.

Reznik 2013-cü ilin oktyabrında naməlum şəxslərin hücumuna məruz qalmışdı. İndiyədək həmin şəxslər tapılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG