Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:36

-

Elə dəqiqələr olurdu ki, o, dəhşətli həyəcanla kətildən sıçrayırdı:

"Əgər mən xanım de Renalı öldürsəydim, sonra özümü də öldürərdim. Özümdən iyrənməmək üçün onun sağ olduğunu bilmək mənə çox vacibdir. İntihar barədə isə düşünməyə dəyər.

Bədbəxt müttəhimlə mümkün qədər qəzəbli davranan bu formalist hakimlər özləri nəsə avara bir ordeni almaqdan ötrü ən yaxşı vətəndaşı dar ağacından asmağa hazırdırlar.

Özümü öldürsəm, o hakimlərin iyrənc fransız dilində deyəcəkləri, burdakı fransız qəzetlərinin bəh-bəhlə çap edəcəyi təhqiramiz nitqlərdən canımı qurtarardım. Axı mən azı hələ altı-yeddi həftə də yaşaya bilərəm.”

Bir neçə gündən sonra o, düşünürdü: İntihar?! Yox, lənət şeytana! Axı Napaleon yaşadı. Bir də ki, mən yaşamağı sevirəm. Burada sakitlikdir, heç kim mənə mane olmur.

Sonra o, gülərək, Parisdən gətirtmək istədiyi kitabların siyahısını tutmağa başladı.

Günün bütün mövzuları

XS
SM
MD
LG