Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:54

Əmlakı sığortalayanlar azalır


Əmlak sığortası
Əmlak sığortası

Azərbaycanda daşınmaz əmlaklarını icbari qaydada sığortalayanlar azalır. Bu İcbari Sığorta Bürosunun yaydığı son statistik məlumatdan bəlli olur.

Fins.az-ın xəbərinə görə, apreldə daşınmaz əmlakın icbari sığortası üzrə cəmi 6 894 sığorta müqaviləsi bağlanılıb. Bu sığorta növü üzrə toplanan yığımların həcmi isə 1,2 milyon manatdan çox olub.

Müqavilələrin 60 faizi yaşayış evləri və mənzillər, 0,5 faizi inzibati binalar, 39,4 faizi isə digər daşınmaz əmlakla bağlı olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığorta müqavilələrinin sayının 37,1, sığorta haqlarının məbləğinin isə 19,4 faiz azaldığı bildirilir.

XS
SM
MD
LG