Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:55

«Azərbaycanda Ermənistan hərbçilərinin meyitlərinin saxlanması barədə məlumatlar həqiqəti əks etdirmir»

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında belə deyilir.

Komissiya bildirir ki, Azərbaycan beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşır. Atəşkəsin pozulması nəticəsində həlak olmuş insanların meyitlərinin qısa müddət ərzində repatriasiya edilməsinin tərəfdarıdır.

Ermənistandakı bəzi mənbələr, Azərbaycanda onlara məxsus hərbiçi meyitlərinin saxlanması haqda xəbər yaymışdı.

Bu xəbərləri Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi də təsdiqləməyib.

Komitənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya deyib ki, «Azərbaycan tərəfdə altı erməni əsgərin meyitinin olması barədə bizdə heç bir məlumat yoxdur».

Aprelin 8-i, 9-u, 10-u və mayın 2-də tərəflər Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT-in vasitəçiliyi ilə döyüş meydanında qalmış meyitləri bir-birlərinə qaytarıblar.

Ancaq həmin günlərdə neçə Azərbaycan hərbiçisinin meyitinin geri qaytarıldığı açıqlanmayıb.

Aprelin 2-dən 5-nə kimi cəbhədə intensiv hərbi əməliyyatlar keçirilib. Hər iki tərəfdən itkilər olub. Aprelin 5-i saat 12:00-dan hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilsə də, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda günahlandırır.

Aprelin 27-si və 28-də isə cəbhə bölgəsində güclü döyüşlərin getdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG