Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:01

Ölkə bankları Mərkəzi Banka manatın məzənnəsinin dəyişməsində konkret dəhliz müəyyən etməyi təklif ediblər.

Bu haqda Banklar Assosiasiyasının sədri Zakir Nuriyev məlumat verib.

Fins.az-ın xəbərinə görə, Z.Nuriyev bildirib ki, belə bir intervalın olması banklara gələcəkdə atılacaq addımları müəyyən etməkdə, işləri planlaşdırmaqda kömək olardı. Özü də bu, banklardan çox onların müştərilərinə lazımlıdır.

Ancaq Mərkəzi Bankın təklifi qəbul etmədiyi bildirilir.

Zakir Nuriyev deyir ki, qurum öz qərarını manatın «üzən məzənnə» rejimində olması ilə izah edib. Yəni, milli valyutanın məzənnəsi dollara tələbatın artıb-azalmasından asılı olaraq dəyişdiyindən, bu məsələdə konkret dəhlizin müəyyən edilməsi mümkün hesab edilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG