Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:20

Gömrükdə elektron bəyanetmə başlayır


Arxiv fotosu
Arxiv fotosu

Mayın 4-dən başlayaraq malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi elektron bəyanetmə sistemi ilə həyata keçiriləcək.

Bu haqda Dövlət Gömrük Komitəsinin sahibkarlara müraciətində bildirilir.

Komitə bildirir ki, yeni sistemə keçid prosedurların sadələşdirilməsi, şəffaflığın təmin edilməsi, sahibkarlara əlverişli biznes mühitinin yaradılması və xarici ticarət əməliyyatlarının stimullaşdırılması məqsədi daşıyır.

Komitə həmçinin, vurğulayır ki, mal bəyan edənlər təqdim etdikləri sənədlərin doğruluğuna və gömrük bəyannaməsinin düzgün tərtib olunmasına görə, məsuliyyət daşıyırlar.

Prosedura görə, sahibkarlar elektron bəyannaməni «elektron imza» ilə təsdiqləyib gömrük orqanına göndərəcəklər. Bəyannamə gömrük orqanlarının təsdiqindən sonra, hüquqi əhəmiyyətə malik sənəd hesab olunacaq.

XS
SM
MD
LG