Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:38

Hər bir Rusiya vətəndaşı Uzaq Şərq regionunda azı 5 illik havayı 1 hektar torpaq sahəsi ala biləcək.

Rusiya prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb.

Bu barədə prezidentin rəsmi saytında məlumat yerləşdirilib.

Tikinti, fermer təsərrüfatı və digər məqsədlər üçün torpaq almaq istəyənlər ərizə verməlidirlər.

Qanun ölkənin 9 regionuna-Yakutiya, Xabarovsk, Kamçatka və Primorsk diyarları, Maqadan, Amursk, Saxalin vilayətləri, Yəhudi muxtar vilayəti və Çukotsk muxtar dairəsinə şamildir.

Torpaq sahəsi alan şəxslər 5 ildən sonra pul ödəyə, istifadə olunmayacağı halda isə həmin sahə geri alına bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG