Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:18

Ağdam və Tərtərə 6 milyon ayrıldı


Cəbhə bölgəsində mərminin düşməsindən dağılmış ev

Cəbhə bölgəsində mərminin düşməsindən dağılmış ev

-

Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı sərəncam imzalayıb.

*Youtube Kanalımıza abunə olun - videoları ilk siz izləyin

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı 2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Ağdam və Tərtər rayon İcra Hakimiyyətlərinin hər birinə üç milyon manat ayırıb.

Sərəncamda, aprelin əvvəlində adıçəkilən rayonların intensiv atəşə tutulduğu, nəticədə 6 mülki şəxsin həlak olduğu, 26 nəfərin yaralandığı bildirilir.

Sənəddə həmçinin qeyd edilir ki, 445 evə, 5 məktəbə, 2 tibb məntəqəsinə və 2 uşaq bağçasına ciddi ziyan dəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG