Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:15

Natiq Kərimov ev dustaqlığında qaldı


Natiq Kərimov
Natiq Kərimov

Səbail Məhkəməsi Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq qurumunun təqdimatına baxıb.

Bu haqda AzadlıqRadiosu-na onun vəkili Əyyub Ələkbərov məlumat verib.

Vəkilin bildirdiyinə görə, məhkəmə istintaq qurumunun təqdimatını təmin edib. Qərara əsasən, N.Kərimov barəsində seçilən ev dustaqlığının müddəti daha üç ay artırılıb.

N.Kərimovu Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi bu ilin yanvarında həbs etmişdi. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunan N.Kərimov barəsində Səbail Məhkəməsi dörd ay həbs qətimkan tədbiri seçmişdi.

Sonradan o, ev dustaqlığına buraxılmışdı.

Ötən il noyabrın 26-də güc orqanları Nardaranda xüsusi əməliyyat keçirib. Həmin vaxt ikisi polis olmaqla yeddi nəfər həlak olub.

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırzadə və onun tərəfdarları həbs edilib. Sonradan kənd sakinləri arasında da çoxsaylı şəxs saxlansa da, onların əksəriyyəti sərbəst buraxılıb. Prokurorluğun məlumatına görə, «Müsəlman Birliyi» Hərəkatı ilə bağlı ümumilikdə 70 nəfər həbsdədir. Onlardan ikisi sonradan həbs edilib.

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov həmin hadisələr zamanı kənd sakinlərini hökumət orqanlarının tələblərinə müsbət cavab verməyə çağırmışdı. Həmin hadisələrdən 2 ay sonra onun özü də istintaqa cəlb edildi.

XS
SM
MD
LG