Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:25

Mayın 1-də Türkiyənin Dicle şəhərində törədilən partlayışda azı 1 əsgər ölüb, 1 uşaq da daxil olmaqla 26 nəfərsə yaralanıb.

Bu barədə mayın 2-də “Hurriyet” qəzeti məlumat yayıb.

Bu şəhərdə əsasən kürdlər yaşayır.

Yaralılardan 3-nün ağır vəziyyətdə olduqları bildirilir.

Qeyd edək ki, PKK ötən ilin yayından Türkiyə hökuməti ilə atəşkəs sazişindən çıxdıqdan sonra ölkədə bu cür hücumların sayı artıb.

Kürd yaraqlılarının 1984-cü ildən bu yana Türkiyədə apardıqları silahlı mübarizədə 40 mindən çox adam ölüb.

Bundan əvvə, elə eyni gündə Türkiyənin Qaziantep şəhərində minalanmış maşının partladılması nəticəsində isə azı 2 polis ölüb, onlarla adam isə xəsarət alıb.

Partlayış polis məntəqəsinin ətrafında törədilib.

Ətrafdakı evlərə də xəsarət dəyib.

Bu şəhər Susiya ilə sərhəddə yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG