Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:02

İstanbul polisi mayın 1-də Taksim meydanına girmək istəyən nümayişçiləri dağıtmaq üçün su şırnağı və gözyaşardıcı qazdan istifadə edib.

Yerli KİV-lərin məlumatına görə aksiyaçılardan biri maşının altında qalıb və bir qədər sonra keçinib.

Qeyd edək ki, Taksim meydanı 1977-ci ildə onlarla adamın ölümü ilə nəticələnən insidentdən sonra, 1 may nümayişləri üçün bağlanmışdı.

Hakimiyyət 2010-cu ildə bu qadağanı götürsə də, yenidən meydanda keçirilən aksiyalar zamanı hərc-mərclik baş verdiyindən qadağa bərpa olunub.

Buna görə hər il mayın 1-i-zəhmətkeşlərin həmrəyliyi günü meydanda polis nəzarəti gücləndirilir.

Hakimiyyət bu il hava limanı ətrafında nümayiş keçirilməsinə icazə versə də orda da polislə toqquşma olub.

Azı 1 nəfərin xəsarət aldığı bildirilir, amma saxlananların dəqiq sayı hələ ki, bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG