Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:07

-

Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini icra etmiş Nicat Quliyevin verdiyi kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

«Report»un xəbərinə görə, N.Quliyevin vəkili Əfqan Məmmədov deyib ki, Ali Məhkəmə şikayətə mayın 25-də baxacaq.

N.Quliyevi 2013-cü il avqustun 7-də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları saxlayıb. O, qanunsuz odlu silah saxlamaqda təqsirli bilinib.

Abşeron rayon Məhkəməsinin hökmü ilə N.Quliyev 3 il azadlıqdan məhrum edilib.

N.Quliyev daha əvvəl 2005-ci il oktyabrın 19-da da həbs edilmişdi. Ona qarşı dövlət çevrilişinə cəhd maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılmışdı.

Hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı hazırladıqları siyahıda N.Quliyev də yer alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG