Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:24

-

Qazaxıstan Prezidenti Nursultan Nazarbaev ölkəsindəki son etirazları Ukrayna münaqişəsilə müqayisə edib. Qazaxıstanda hökumətin dövlətə məxsus kənd təsərrüfatı təyinatlı torpaqları özəlləşdirmək qərarı etirazlara səbəb olub.

Nazarbaev mayın 1-də xəbərdarlıq edib ki, milli birliyin pozulması təhlükəlidir, Ukraynadakı siyasi, iqtisadi və sosial qarışıqlığı misal gətirib.

Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçıların münaqişəsi davam edir. 2014-cü ilin martında Moskva Ukraynanın Krım vilayətini anneksiya edib.

“Keçmiş Sovet İttifaqında ikinci böyük ölkə olan Ukrayna iqtisadiyyatı hazırda Qazaxıstan iqtisadiyyatının yarısına bərabərdir. Çünki birlik yoxdur, məqsəd yoxdur, tapşırıqlar yerinə yetirilmir”, Nazarbayev Milli Birlik günündəki çıxışında deyib.

Bu arada bəzi şəhərlərdə etirazlar davam edib. Əhali iyulun 1-dən dövlət torpaqlarının hərracı çıxarılması planına etiraz edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG