Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:45

-

«Ermənistan rəhbərliyi bir qərara gəlməkdə, hazırkı durumda çıxış yolu tapmaqda çətinlik çəkir. Ona görə də biri bir söz deyir, digəri isə bir başqa söz».

Bunu ANS-in «Hesabat» verilişinə açıqlamasında Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov qeyd edib ki, Azərbaycanın səbri tükənə bilər: «Azərbaycanın səbri tükənə bilər. Bunu bütün ölkələr görür, nəzərə alır və almalıdırlar».

N.Məmmədov həmçinin deyib ki, qoşunların təmas xəttində durumun gərginləşməsi Azərbaycanın nüfuzuna təsir etməyib: «Azərbaycana investisiya qoymaq, Azərbaycanla əməkdaşlıq etmək arzusu çoxalıb».

Aprelin 2-dən 5-nə qədər təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olandan sonra tərəflər aprelin 5-də yenidən atəşkəsə razılaşıblar. Buna baxmayaraq, tərəflər hələ də bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Azərbaycan aprelin son günlərində erməni qüvvələrinin top atəşləri nəticəsində Ağdam, Tərtər və Ağcabədidə onlarla evin dağıldığını bildirir. Qarşı tərəf də Azərbaycanı atəşkəsi pozmaqda ittiham edir.

Erməni silahlı qüvvələri 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ vilayəti və onun ətrafında 7 rayonu işğal edib. 1994-cü ildə atəşkəs imzalanıb, sülh danışıqları başlasa da, hələlik, tərəflər arasında yekun sülhün şərtlərini razılaşdırmaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG