Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:52

-

Bazar günü Türkiyə polisi İstanbulda 1 may nümayişçilərini dağıtmaqdan ötrü gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib. Hökumətə qarşı çıxanlar “Faşizm rədd olsun”, “1 maya eşq olsun” şüarlarını səsləndirib, Taksim Meydanına doğru yürüş etməyə cəhd göstəriblər.

Əvvəlki illərdə olduğu kimi, hakimiyyət meydanda 1 may Zəhmətkeşlər Günü etirazlarını qadağan edib, səhər saatlarında meydana giriş-çıxışı bağlayıb.

Rəsmi Anadolu agentliyi xəbər verir ki, aksiyanın dağıdılması üçün 24 min 500 polis yerləşdirilib, 120 su şırnağı maşınından istifadə olunub.

Azı 207 nəfərin saxlandığı bildirilir. Polis etirazçılardan Molotov kokteyli müsadirə etdiyini söyləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG