Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:33

-

İslam Dövləti (İŞİD) qruplaşması hələ uzun müddət “bizə meydan oxuyacaq”. Bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) direktoru John Brennan deyir. O, Al-Qaeda lideri Osama bin Laden-in öldürülməsinin beş illiyi münasibətilə NBC televiziyasına müsahibəsində deyib ki, qruplaşmanı başçısız qoymaq onun məhvinə “böyük təsir” göstərərdi.

İŞİD-in rəhbəri Abu Bakr al-Baghdadi-dir ki, onun da harada olması bəlli deyil.

“İŞİD-i məhv edəcəyik, buna şübhəm yoxdur, liderinin məhvi də vacibdir. Bu dəhşətli hücumları həyata keçirən təşkilatın rəhbərliyini kənarlaşdırmalıyıq”, Brennan deyib.

Bin Laden ABŞ təhlükəsizlik qüvvələri tərəfindən 2011-ci il mayın 2-də öldürülüb.

Brennan onu da söyləyib ki, Al-Qaeda-nın böyük bir hissəsi məhv edilib, ancaq kökü tamamilə kəsilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG