Keçid linkləri

2017, 19 Yanvar, Cümə axşamı, Bakı vaxtı 06:48

Mayın 2-i Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə, Abşeron yarımadasında gecə 10-13, gündüz 15-19 dərəcə isti olacaq. Bakıda isə gecə 11-13, gündüz 17-19 dərəcə isti gözlənilir.

Mayın 2-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var . Gecə 10-14, gündüz 17-22 , dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG