Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:07

Sahə müvəkkilinin iş otağında partlayış


Azərbaycan polisi. İllüstrativ foto

Azərbaycan polisi. İllüstrativ foto

Zaqatala rayonun Əliabad qəsəbəsində sahə müvəkkilinin iş otağında partlayış baş verib. Polis kapitanı qəlpə yaraları alıb.

Zaqatala rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən xəbərə görə, bu gün səhər saat 8 radələrində rayonun Bəhmətli kənd sakini, 45 yaşlı Rövşən Sadəddin oğlu Baliyev çoxsaylı qəlpə yaraları xəsarətləri ilə xəstəxanaya daxil olub.

Zaqatala rayon Polis Şöbəsindən də təsdiq ediblər ki, hadisə Əliabad qəsəbəsində yerləşən sahə müvəkkilinin iş otağında baş verib. İlkin məlumata görə, Əliabad qəsəbəsində sahə müvəkkili işləyən polis kapıtanı Rövşən Baliyev iş otağının qapısını açıb içəri daxil olmaq istəyən zaman partlayış baş verib. Nəticədə sahə müvəkkili çoxsaylı qəlpə yaraları alıb.

Sahə müvəkkilinin iş otağı Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun sağ sahilində, Əliabad qəsəbəsinin girişində, hər həftənin bazar günləri fəaliyyət göstərən bazarda yerləşir.

Hadisə şəhidlərinin bildirməsinə görə, partlayış baş verən otağın ətrafında xırda ticarətlə məşğul olan insanlardan xəsarət alan olmayıb.

Sahə müvəkkilinin otağına əl qumbarası yerləşdirildiyi barədə şaiyələr yayılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG