Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:05

Tərtərdə partlamamış sursat tapılıb


Tərtər
Tərtər

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Tərtər və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) barədə hesabat yayıb.

Agentliyin mətbuat xidmətinin məlumatına görə, aprelin 30-da iki rayon üzrə 9 ev, 12 əkin sahəsi, 22 partlayış yerinə baxış keçirilib. 1 ədəd partlamamış sursat aşkar edilərək zərərsizləşdirilib və 14 460 kvadratmetr ərazi yoxlanılıb.

Agentlik bildirir ki, aprelin 7-dən bəri ümumilikdə cəbhə bölgəsində 1300-ə qədər partlamamış sursat zərərsizləşdirilib.

XS
SM
MD
LG