Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:25

-

Bu ilin ilk üç ayında ölkədə 2 min 45 müəssisə və təşkilat yaradılıb. Onların sayı keçən ilin analoji dövrünə nisbətən 19.3 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.

Komitənin məlumatına görə, yeni müəssisə və təşkilatların 61.3 faizi Bakıda yaradılıb.

Həmin dövrdə fərdi sahibkarlıqla məşğul olmaqdan ötrü ölkənin vergi orqanlarında 26 min 437 fiziki şəxsin qeydiyyatdan keçdiyi bildirilir. Fərdi sahibkarların sayı da keçən ilin eyni dövrünə nisbətən 44 faiz artıb.

Fərdi sahibkarlar daha çox Bakı, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıblar.

Komitə qeyd olunan dövrdə fəaliyyətini dayandıran müəssisə və fərdi sahibkarlar haqda məlumat vermir.

Günün bütün mövzuları

XS
SM
MD
LG