Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:39

-

Azərbaycan və Sloveniyanın müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Bakıda «Mühazirəçi mübadiləsi» tədbiri keçirilib.

Bu haqda Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.

Məlumatda bildirilir ki, Sloveniya silahlı qüvvələrinin nümayəndələri Loen Reсnik ilə Aleksandr Murko Hərbi Akademiyada «Balkanlarda mövcud vəziyyət» və «Beynəlxalq missiyalara Sloveniyanın baxışı» mövzularında brifinq keçiriblər.

Nazirlik tədbirin məqsədinin Cənubi Qafqazda və Balkanlarda regional təhlükəsizlik məsələləri barədə məlumat mübadiləsi olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG