Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:12

-

İraqda xeyli müddətdir hökumətə islahatlarla bağlı çağırışlar edən şiə lideri Muqtada al-Sadr-ın tərəfdarları «Yaşıl Zona»ya girib.

«Yaşıl Zona» Bağdadda təhlükəsiz ərazi sayılır.

Əraziyə girən etirazçılar parlament binasına hücum edib. Deputatların maşınlarına da ziyan vurulub.

Parlamentə olan hücum Muqtada al-Sadr-ın siyasətdən iki aylığına aralandığını elan etməsindən sonra baş verib.

Bir müddət əvvəl al-Sadr parlamentdə 34 millət vəkili olan və ona bağlı «Ahrar» qrupunun siyasi fəaliyyətini dondurduğunu bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG