Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:19

-

«Moody's» beynəlxalq agentliyi Azərbaycanın borc öhdəliklərinin uzunmüddətli emitent reytinqini və prioritet təmin edilməmiş reytinqini Ba1 səviyyəsində, mənfi proqnozla təsdiqləyib.

Bu haqda agentliyin press-relizində məlumat verilir.

«Moody's»ın məlumatında bildirilir ki, Dövlət Neft Fondunun böyük həcmdə aktivləri neftin aşağı qiymətlərinin Azərbaycan iqtisadiyyatına mənfi təsirlərini yumşaltmağa kömək edir.

Agentlik həmçinin, «Cənub Qaz Dəhlizi» QSC-nin borc öhdəliklərinin təmin edilməmiş prioritet reytinqini Ba1 səviyyəsində təsdiq edib.

Azərbaycanın xarici valyutada istiqrazları və depozit tavanı Ba1, Ba2 səviyyəsində saxlanılıb, proqnoz neqativdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG