Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:33

-

ABŞ irəliləyişə, maliyyə sisteminin sağlamlaşdırılmasında daha geniş və dərin iqtisadi inkişafa təkan verəcək əməkdaşlıqda maraqlıdır.

Bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta Maliyyə Bazarlarına Nəzarət Palatasında keçirdiyi görüşdə deyib.

Səfir palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı ilə müzakirələr aparıb.

Bu haqda palatanın məlumatında bildirilir.

Rüfət Aslanlı ölkənin maliyyə bazarlarının vəziyyəti barədə danışıb. Palata sədri böyük təcrübəyə malik nüfuzlu beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu deyib.

Robert Cekuta isə islahatların əhəmiyyətini qeyd edərək, maliyyə sisteminin gücləndirilməsi istiqamətində beynəlxalq təcrübə və ekspertizadan faydalanmaq imkanlarından danışıb.

Tərəflər inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG