Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:24

BMT-dən jurnalistləri müdafiə tələbi


BMT-nin Baş katibi Ban Ki-moon.
BMT-nin Baş katibi Ban Ki-moon.

-

KİV və jurnalist təşkilatları «Sərhədsiz reportyorlar»ın təşəbbüsü ilə BMT baş katibini jurnalistlərin təhlükəsizliyi üzrə xüsusi nümayəndəsini təyin etməyə çağırıblar. Aksiyaya bütün qitələrdən məşhur KİV-lər, QHT-lər, nüfuzlu xadimlər qoşulub.

Bu barədə «Sərhədsiz reportyorlar»ın press-relizində deyilir.

Məqsəd jurnalistlərin həlak olmasının qarşısını almaq və beynəlxalq hüququn icrasını təmin etməkdə konkret mexanizm yaratmaqdan ibarətdir.

«Sərhədsiz reportyorlar»ın məlumatına görə, son 10 ildə 787 jurnalist və KİV işçisi öz işlərini həyata keçirərkən qətlə yetirilib. Ötən il 67 nəfər jurnalist həlak olub.

«Biz BMT Baş katibinin jurnalistlərin təhlükəsizliyi üzrə xüsusi nümayəndəsi vəzifəsinin təsis edilməsini dəstəkləyən çox sayda təşkilatı və nüfuzlu xadimləri alqışlayırıq», - deyə təşkilatın rəhbəri Christophe Deloire bildirib.

O daha sonra qeyd edib ki, belə bir vəzifə təsis edilərsə, jurnalistlər daha təhlükəsiz işləyə biləcəklər: «Jurnalistlərin səmərəli müdafiəsi olmadan siz informasiya əldə etmək hüququna zəmanət verə bilməzsiniz Biz zorakı ekstremizmin təbliğatına qarşı mübarizə apara bilmərik».

Bu təşəbbüsü dəstəkləyən təşkilatlar arasında «Human Rights Watch», Jurnalistləri Müdafiə Komitəsi, «Rory Peck Trust», «The New York Times», «USA Today», «Jagran», «Mediahuis», «News Brands», «Helsingin Sanomat» və bir çox başqaları var.

UNESCO-nun baş direktoru Irina Bokova da BMT-nin jurnalistlərin təhlükəsizliyi üzrə xüsusi elçisinin təsis edilməsi təklifini dəstəkləyib.

XS
SM
MD
LG