Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:27

-

Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi ilə «Alumni Fair» beynəlxalq təhsil sərgisi keçirilir.

Sərgi Azərbaycan Dillər Universitetindəki Amerika Mərkəzində təşkil olunub. Tədbirin məqsədi insanları ABŞ universitetlərində təhsil almaq imkanları haqqında ətraflı məlumatlandırmaqdır. Orada tələbələr, şagirdlər, valideynlər Birləşmiş Ştatlarda yerləşən universitetlərin məzunu olan azərbaycanlı və əcnəbi şəxslərlə görüşüb, onları maraqlandıran suallara cavab ala bilərlər. Sərgi ziyarətçilərinə ABŞ-dakı təhsil proqramları haqqında məlumat verilir, zəruri material və bukletlər təqdim olunur.

ABŞ-ın Azərbaycandakı səfirliyi 2014-2015 illərdə bu ölkədə 400-dən çox azərbaycanlı tələbənin təhsil aldığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG