Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:46

-

Bakı və Sumqayıtda intihar olaylarının baş verdiyi bildirilir.

APA-nın xəbərinə görə, Maştağa qəsəbə sakini Əmirhüseyn Xalıqovun tikintisi hələ başa çatmamış evində asılmış meyiti aşkarlanıb.

Ə.Xalıqov Maştağada yem mağazasının sahibi olub. Onun xeyli miqdarda borcunun olduğu və bu səbəbdən də intihar etdiyi güman edilir.

Faktla bağlı Sabunçu rayon Prokurorluğu araşdırma aparır.

Sumqayıt şəhər xəstəxanasında isə müalicə olunan yaşlı qadının meyiti tapılıb. Onun özünü 4-cü mərtəbədən atdığı deyilir. Bu barədə «Qafqazinfo» Sumqayıt şəhər Polis Şöbəsinə istinadən xəbər yayıb. Qadının kimliyi müəyyənləşdirilir.

Son vaxtlar intihar hallarının artdığı deyilir. Təkcə aprelin 29-da mediada 4 intihar olayının baş verməsi ilə bağlı xəbərlər yayılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG