Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:20

Bakıda AB-Azərbaycan 2-ci biznes sammiti


Prezident İlham Əliyev Vilnüs sammitində, 29 noyabr 2013

Prezident İlham Əliyev Vilnüs sammitində, 29 noyabr 2013

Mayın 18-də Bakıda Avropa Birliyi - Azərbaycan ikinci biznes sammiti açılacaq.

Kənd təsərrüfatı, ərzaq, nəqliyyat, logistika və turizmin inkişafı sammitin gündəliyinə daxil olan əsas mövzulardır.

Sammit Azərbaycanda yeni biznes tərəfdaşlığı əlaqələrinin qurulmasından ötrü Avropa və Azərbaycan şirkətlərinə öz imkanlarını təqdim edəcək.

Bu barədə Avropa Qonşuluğu İnformasiya Mərkəzinin məlumatında deyilir.

Sammit ərəfəsində mayın 17-də Azərbaycanda bizneslə maraqlanan Avropa şirkətləri ilə əlaqələrin inkişafı üzrə görüş keçiriləcək.

Tədbir Avropa Birliyinin maliyyələşdirdiyi investisiya-ticarət mühitinin yaxşılaşdırılması üzrə East Invest regional layihəsi tərəfindən dəstəklənir.

Layihə «Şərq tərəfdaşlığı» regionunun iqtisadi inkişafını, həmçinin biznes mühitin yaxşılaşdırılmasına xidmət edir.

East-Invest həmçinin «Şərq tərəfdaşlığı», Avropa Birliyi ölkələrində kiçik və orta müəssisələrdə beynəlmiləlləşdirmə prosesini inkişaf etdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG