Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:21

Türkiyənin Tanpınar yarışmasına Azərbaycandan da əsər gedib


Ahmad Hamdi Tanpınar

Ahmad Hamdi Tanpınar

-

Ahmet Hamdi Tanpınar mükafatı Türkiyədə nüfuzlu hesab olunur. Bu il bu ədəbiyyat yarışmasına Azərbaycandan da əsərlər göndərilib. Bunu müsabiqənin təşkilatçısı olan Osmanqazi Bələdiyyəsi bildirib.

Bu il 15-cisi təşkil olunan yarışmaya ümumilikdə 331 əsər daxil olub.

Hər il şeir, hekayə, məqalə və araşdırma kimi nominasiyalarda verilir. "Bu il yarışmaya Almaniya, Avstriya və Azərbaycandan da 4 əsər göndərilib" - bələdiyyənin bəyanatında deyilir.

Əsər qəbulu başa çatıb və artıq münsif dəyərləndirmələri başlayıb. Nəticələr 28 may günü elan ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG