Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:21

Polis olmaq istəyən daha 120 nəfər...


Ramil Usubov polisə işləmək istəyənləri seçir...

Ramil Usubov polisə işləmək istəyənləri seçir...

Polisə işləmək istəyənlərdən daha 120 nəfəri...

Daxili işlər naziri Ramil Usubov aprelin 29-da Göyçayda polisə işləmək istəyənlərin arasında seçim keçirib. Bu haqda nazirliyin mətbuat xidməti xəbər verir.

Seçim Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir Ağdaşdan müraciət edən sakinlər arasında keçirilib. Nazir bunun «İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi haqqında» prezident fərmanının icrası çərçivəsində həyata keçirildiyini bildirib.

Seçimdə ümumilikdə 860 nəfər iştirak edib. Ramil Usubov onların arasından 71 nəfəri polisə, 25 nəfəri daxili qoşun birliklərinə, 239 gənci isə mülki işçi vəzifələrinə namizəd kimi seçib.

Nazir bundan əvvəl polisə işləmək istəyənlərdən aprelin 23-də 120, aprelin 20-də 172, aprelin 15-də 78, martın 16-da isə 226 mülkü şəxsi namizəd kimi seçmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG