Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:09

Standard & Poors beynəlxalq reytinq agentliyi «Azərenerji»nin kredit reytinqini aşağı salıb. Qurumun uzunmüddətli korporativ kredit reytinqi «BB+»dan «BB»yə endirilib.

«Azərenerji»nin qısamüddətli korporativ reytinqi «B» səviyyəsində təsdiqlənib.

Report-un xəbərinə görə, kreditödəmə qabiliyyəti isə «CCC+» dərəcəsi ilə qiymətləndirilib.

«Standard & Poors»un press-relizində vurğulanır ki, «Azərenerji»nin dövlətə bağları əvvəlki kimi dəyişməz qalır. Hökumətin dəstəyini çəkməsi qurumu çətin vəziyyətə düşürə bilər.

Reytinq agentliyi proqnozlaşdırır ki, büdcəyə təzyiqlər artdığına görə, dövlət mərhələli şəkildə «Azərenerji»yə dəstəyini azaldacaq.

«Son 10 ildə ilk dəfə Azərbaycan iqtisadiyyatının zəifləyəcəyi, icmal büdcədə kəsirin yaranacağını gözləyirik. Bu da Dövlət Neft Fondunun aktivlərinin azalmasına səbəb ola bilər» - agentliyin açıqlamasında qeyd edilir.

«S&P» güman edir ki, qarşıdakı 3 ildə hökumət «Azərenerji»yə dəstəyini davam etdirəcək:

«Qurumun borcunun 40 faizinin dövlət zəmanəti var. Sosial məsələlərlə əlaqədar hökumətin elektrik enerjisi tariflərini artıracağını düşünmürük».

Günün bütün mövzuları

XS
SM
MD
LG