Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:21

Sumqayıtda söküntü Çerkassi küçəsinə çatdı [video]


-

Sahibkar: «200 min manatlıq sahəmi əlimdən alıblar ki, ağac əkəcəklər»

«Bu adamı Sumqayıta niyə təyin ediblər, dağıdıcılıq işləri görməyəmi – baş açmırıq. Gah bulvarı dağıtdı, tökdü, abadlıq adı altında camaatın obyektlərini yerlə yeksan elədi, sonra başladı şumladığı yerlərdə ağac əkməyə. Sonra ağacları da çıxarıb başladı bina tikməyə. İndi də bizim mağazalara girişib. Bir sözlə, Sumqayıta bir bəladır, gəlib».

«AĞAC ƏKƏCƏYİK»

Sumqayıtda mağazaları sökülən, torpaq sahələri əllərindən alınan sahibkarlarla yerli icra hakimiyyəti arasında mübahisələr davam edir. Sahibkar Ramil Əliyev AzadlıqRadiosu-na bu mübahisələrin son günlər daha da qızışdığını deyir. Səbəbsə icra hakimiyyəti işçilərinin təzəliklə 11-ci mikrorayondakı obyektlərə «hücumudur»:

«İkimərtəbəli, üçmərtəbəli tikililər var, hansı ki, tam hazırdır, bircə üstünü örtmək qalıb, onları dağıdırlar. İşlək mağazalar var, dağıdırlar. Şəxsən mənim 500 kvadratmetr boş sahəm var, 200 min manata almışam, hər bir sənədi ilə özümə məxsusdur. Onu da əlimdən alırlar ki, «ağac əkəcəyik». Orda nə icra hakimiyyətinin, nə bələdiyyənin torpağı yoxdur. Hamısı adamların sənədli-sübutlu şəxsi sahələridir. Adını qoyublar ki, guya şəhərin gözəlliyinə xələl gətirir».

Sahibkarın sözlərinə görə, yığışıb bütün sənədlərini dövlət qurumlarına göndəriblər, başçını durdurmaq üçün kömək istəyiblər:

XƏBƏRDARLIQ DA OLUNMAYIB

«Özümüzə şifahi deyirlər ki, «bu işdə tap haqlısınız. Ancaq sizə kömək etmək imkanımız yoxdur». Bu boyda Prezident Administrasiyası da bir icra başçısı ilə bacara bilmir. Hamı onun qarşısında acizdir».

Sumqayıt Şəhər İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, 11-ci mikrorayon, Çerkassi küçəsindəki obyektlərin çoxu sənədsizdir. Ərazidə abadlıq işləri aparıldığı üçün belə obyektlər sökülür.

Lakin sahibkar iddia edir ki, əvvəla, obyektlər sənədlidir. İkincisi, qurum indiyədək heç bir sahibkara mağazasının ətrafını abadlaşdırmaq xəbərdarlığını etməyib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG