Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:05

Polis saxladığı şəxsə nələri izah etməlidir?


Bakıda «Gül Bayramı»nda 50-yə yaxın adam saxlanmışdı. 10May2009

Bakıda «Gül Bayramı»nda 50-yə yaxın adam saxlanmışdı. 10May2009

Bundan sonra polis saxladığı şəxslərə təkcə bunun əsaslarını yox, həm də səbəblərini, şübhənin mahiyyətini də izah etməli olacaq.

Parlament aprelin 29-da «Polis haqqında» Qanuna bununla bağlı dəyişiklik edib.

Report-un xəbərinə görə, vətəndaşların saxlanma qaydaları ilə bağlı qanunun 23-cü maddəsinə dəyişiklik edilib. Həmin maddə azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı polis əməkdaşlarının vəzifələrini nəzərdə tutur.

Həmin maddəyə edilən dəyişikliyə görə, «saxlanmadan dərhal sonra polis həmin şəxsə sadəcə, bunun əsaslarını yox, səbəbini, şübhənin mahiyyətini bildirməlidir». Saxlanan şəxsə hüquqları aydın dildə izah edilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG