Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:32

Qanun uşaqları zərərli məzmundan qoruyacaq


Uşaqlar kompüter oyunu oynayırlar.
Uşaqlar kompüter oyunu oynayırlar.

Parlament «Uşaq hüquqları haqqında»«Telekommunikasiya haqqında» qanunlara dəyişiklik edib. Dəyişikliklərin uşaq hüquqlarının daha effektiv qorunmasına xidmət etdiyi bildirilir.

Report-un xəbərinə görə, «Uşaq hüquqları haqqında» qanunun 15-ci maddəsinə əlavələr edilib. Əlavələr uşaqların onların sağlamlıq və inkişafına ziyan vuran informasiyalardan qanunla qorunmasını nəzərdə tutur.

«Telekommunikasiya haqqında» qanuna isə 3 yeni maddə əlavə edilib. Həmin maddələr abunəçilərə müraciət yolu ilə uşaqları zərərli məzmundan qorumaq hüququ verir. Abunəçi internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etməkdən ötrü telekommunikasiya operatoruna müraciət edə, ziyanlı informasiyalardan qorunma istəyə bilər.

XS
SM
MD
LG