Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:37

Aprelin 28-də Türkiyə Konstitusiya Komissiyasının iclasında hakim “Ədalət və İnkişaf Partiyası” və kürdpərəst “Xalq-demokrat Partiyası”nın deputatları arasında yenidən dava düşüb.

Iclasda deputat toxunulmazlığının ləğv edilməsi müzakirə olunurmuş.

“Xalq-demokrat Partiyası”ndan deputat İdris Baluken görüşdən sonra deyib ki, hakim partiyadan olan deputatlar banditizm qanunlarından istifadə edərək hər kəlməmizə görə bizimlə hesab çəkmək istəyirlər və bu Türkiyənin demokratik tarixində olduqca utanc bir haldır.

Bundan bir gün əvvəl də parlamentdə tərəflər arasında qalmaqal düşüb və parlamentin sədri sesiyanı bazar ertəsinədək təxirə salıb.

Qeyd edək ki, deputat toxunulmazlığının ləğvi terrorçuluqda ittiham olunan kürdpərəst deputatların məhkəməyə verilməsinə yol aça bilər.

Prezident Racep Tayyip Erdogan kürdpərəst “Xalq-Demokrat Partiyası”nı qadağan edilmiş üsyançı kürd qrupu ilə əlbir olmaqda ittiham edir və onun liderlərinin məsuliyyətə cəlb edilməsini təkid edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG