Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:28

Avropa Parlamentinin üzvləri cümə axşamı Brüssseldə Türkiyə ilə Avropa Birliyi arasındakı razılaşmanın səmərəsini müzakirə ediblər.

Məsələ heç də deputatlar arasında birmənalı qarşılanmır.

Hollandiyanın təhlükəsizlik məsələləri üzrə dövlət katibi və Avropa komissiyasının üzvü Klaas Dicxoff bu razılaşmanın miqrant böhranının həllində müsbət addım olduğunu bildirib.

Həmçinin Avropa komissiyasının 1-ci vitse-prezidenti Frans Timmermans Türkiyə ilə razılaşmanın bu problemin həllində yeganə vasitə olduğunu deyib: ”Balkanlarla sərhəd bağlanıb. Qaçaqçılar tam fəaliyyətdədir və əgər heçnə eləməsəydik, yüz minlərlə qaçqının toplaşdığı böyük bir düşərgəyə görə bu gün Yunanıstanı günahlandıracağdıq.

Biz məhz bunları həll eləməli idik.

Hesab edirəm ki, Türkiyə ilə razılaşma bu problemin həllində yeganə vasitədir”, deyə o bildirib.

Amma bu razılaşmanın səmərəliliyinə inanmayanlar da var.

Nidarlandlı deputat Sofi int Veld Amnesty International və Human Rights Watch təşkilatlarına istinadla suriyalı qaçqınların Türkiyəyə buraxlmadığını və bəzi hallarda geri qaytarıldıqlarını, habelə Yunanıstandakı qaçqınların şəraitinin pis olduğunu və hətta lazımınca qidalanmadıqlarını deyib.

Qeyd edək ki, bu il martın 20-dən qüvvəyə minən razılaşmada Avropadakı bütün qanunsuz miqrantların Türkiyəyə qaytarılması, əvəzində ona maliyyə yardımının artırılması, Türkiyə ilə viza rejiminin qaldırılması və onunla üzvlük danışıqlarının tezləşdirilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG