Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:28

-
Gələn ayın ortalarında ATƏT-in Minsk qrupunun həmsədrlərin görüşü gözlənilir.

APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov maltalı həmkarı George Vella ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazirin bildirməsinə görə, həmsədrlərlə görüş gələn ayın ortasında Avropanın şəhərlərindən birində keçiriləcək tədbir çərçivəsində baş tuta bilər.

«Görüş keçirilməsinə mən də razılıq vermişəm. Çox güman ki, Brüsseldə olacaq. Yaxın vaxtlarda bununla bağlı açıqlama verəcəyik», - deyə nazir bildirib.

Maltanın xarici işlər naziri George Vella Azərbaycanda səfərdədir. O, bu gün səhər prezident İlham Əliyevlə də görüşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG