Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:20

O.Əsədov: «Belə biabırçılıqlar olmamalıdır»


Oqtay Əsədov
Oqtay Əsədov

-

Milli Məclisin sədri Oqtay Əsədov bu gün iclasda cəbhədə baş verən gərginliklə bağlı deputatlara xəbərdarlıq edib.

APA-nın xəbərinə görə, O.Əsədov deputatlara çıxışlarında diqqətli olmağı məsləhət görüb.

O deyib ki, deputatların bəyanatları və çıxışlarındakı yanlışlıqlar pis nəticələr verə bilər:

«Bundan başqa, mən dostluq qruplarının rəhbərlərinə tapşırıram ki, əməkdaşlıq etdikləri ölkələrdəki həmkarlarına məktublar göndərsinlər, həqiqəti onlara çatdırsınlar. Ad çəkməyəcəyəm, bu yaxınlarda bir ölkənin nümayəndə heyətinin rəhbəri xəritəni qabağına qoyub soruşur ki, Dağlıq Qarabağ hansı ölkənindir, Ermənistanındır? Belə biabırçılıqlar olmamalıdır. Biz aktiv çalışmalıyıq».

XS
SM
MD
LG