Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:10

Assad qüvvələri hücuma hazırlaşır


Suriya ordusu
Suriya ordusu

-

Suriya ordusu Deyr əz-Zor və Raqqa şəhərlərindəki «İslam Dövləti» yaraqlılarına qarşı hücumlara hazırlaşır. Məlumatı Rusiyanın BMT-dəki səfiri Cenevrədə verib.

Aleksei Borodavkin aprelin 29-da Rusiyanın «RIA-Novosti» xəbər agentliyinə deyib ki, Rusiya Hava Qüvvələri Suriya prezidenti Bashar al-Assad qüvvələrini dəstəkləyəcək.

Suriya ordusu martın 27-də Palmira şəhərini İD yaraqlılarından geri alıb. Onda da Rusiya hava zərbələri ilə yardım göstərmişdi.

Bundan sonra yaraqlıların paytaxt elan etdiyi Raqqa şəhəri ilə Suriyanın qərb hissəsi arasında əsas təchizat xətti kəsilib.

Bu arada kürd döyüşçülər cənubdakı Şəddadi şəhərinə doğru irəliləyib, Raqqa ilə İraqda İD-nin nəzarətində olan Mosul arasındakı xətləri kəsib.

Ancaq Raqqa ilə Deyr əz-Zor arasındakı yol İD-nin nəzarətindədir.

XS
SM
MD
LG