Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:33

-

Avstraliyada immiqrasiya düşərgəsində özünü yandırmış iranlı qaçqın aldığı xəsarətlərdən dünyasını dəyişib.

23 yaşlı qaçqın Avstraliyanın sərt qaçqın siyasətinə etiraz olaraq aprelin 27-də Nauru adasındakı düşərgədə özünü yandırmışdı. O, aprelin 29-da müalicə aldığı xəstəxanada ölüb.

Yerli hökumət qaçqının, BMT qaçqın agentliyinin təmsilçilərinin adaya səfərilə eyni vaxtda özünü yandırdığını bildirir.

Avstraliya qayıqla sahillərinə yan alan qaçqınları qəbul etmir. Nauru və Papua Nyu Qvineyaya pul ödəyərək, qaçqınları oradakı düşərgələrdə saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG