Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:49

-

Aprelin 30-da ABŞ-ın Azərbaycandakı səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi ilə «Alumni Fair» beynəlxalq təhsil sərgisi keçiriləcək.

ABŞ səfirliyinin məlumatında deyilir ki, sərgidə tələbələr, şagirdlər, valideynlər ABŞ universitetlərini bitirmiş azərbaycanlı və əcnəbi məzunlarla görüşüb onları maraqlandıran suallara cavab ala biləcəklər.

Tədbir saat 12:00-dan 15:00-dək Dillər Universitetinin binasında olacaq.

Sərgidə 20-dən çox ABŞ universiteti və müxtəlif təqaüd proqramları təmsil olunacaq. ABŞ universitetlərinin azərbaycanlı və yerli məzunları sərgi iştirakçıları ilə danışacaq, onları materiallarla və bukletlərlə təmin edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG