Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:29

-

Ukrayna BMT-nin Təhlükəsizlik Şurasına bildirib ki, ölkənin şərqində iki illik münaqişənin siyasi həllindən ötrü separatçılarla atəşkəs gücləndirilməlidir.

Xarici işlər nazirinin müavini Vadym Prystaiko deyib ki, bu həftəsonu pravoslavların Pasxa bayramı son ayların zorakılıqlarını səngidə bilər.

“Bununla başlaya bilsək, daha sonra qüvvələri geri çəkə, bütün problemləri həll edərək siyasi həllə doğru irəliləyə bilərik”, Prystaiko aprelin 28-də BMT-nin Təhlükəsizlik Şurasında deyib.

Şura dekabrdan bəri ilk dəfə olaraq Ukraynayla bağlı görüş keçirirdi. Ukrayna Donetsk regionunda atəşkəs pozuntularının müzakirəsindən ötrü bu iclasın keçirilməsini istəyib. ATƏT müşahidəçilər son dövrlər pozuntuların artdığını söyləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG