Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:17

Reuters-dən elm xəbərləri: Marsa ilk insan missiyası...


Mars
Mars

-

Böyük, uzun boyunlu dinozavrın bütöv kəllə sümüyü tapılıb

Argentinada tapılmış, çox yaxşı vəziyyətdə olan kəllə sümüyü alimlərə Yer kürəsinin tarixində ən böyük heyvanlar olan dinozavr növünün sensor bacarıqları və davranışı barədə çox dəyərli informasiya verir. Alimlər elmə yeni məlum olmuş «Sarmientosavr» adlanan dinozavrın həm kəllə, həm də boyun sümüklərini tapdıqlarını deyirlər. Dinozavrların bu növü 95 milyon il əvvəl Pataqoniya düzənliyində yaşayırmış. Kəllə sümüyünün kompüter tomoqrafiyası bu növün beyin quruluşunu ortaya qoyur və onun eşitmə, görmə və hissi davranışı barədə dərin məlumat verir.

Kosmik proqramın açılışının təxirə düşməsindən sonra Putin cavabdeh şəxsləri danlayıb

Rusiya prezidenti Vladimir Putin minlərlə kilometr yol qət edərək yeni kosmodromdan ilk «Soyuz» pilotsuz raketinin buraxılması mərasiminə qatılıb. Ancaq raketin buraxılmasına saniyələr qalmış nasazlıq aşkar edilib və onun buraxılması 24 saat təxirə salınıb. Ancaq hətta ikinci cəhdin də baş tutub-tutmayacağı sual altında olub.

Alimlər: Böyük Sədd Mərcan Rifinin şimal hissəsinin yarısı ya ölüb, ya da ölməkdədir

Ötən gün Avstraliya alimləri bildiriblər ki, çox sayda turist axınına səbəb olan və ildə 3,9 milyard dollara qədər gəlir gətirən Böyük Sədd Rifinin yalnız 7%-i kütləvi ağarmanın təsirinə məruz qalmayıb. Suyun həddindən artıq isti olması zamanı baş verən ağarma mərcan poliplərinin yosunları uzaqlaşdırmasına və kirəcləşərək ağarmasına səbəb olur. Suyun temperaturu düşərsə bu prosesin təsirinə az məruz qalmış mərcanlar bərpa oluna bilər, əks halda onlar məhv olurlar.

Bu prosesin şimal mərcan rifinin yarısını məhv etməsi ehtimalı var.

SpaceX Marsa ilk missiyasını 2018-ci ildə göndərəcək

SpaceX Marsa ilk pilotsuz kosmik gəmisini 2018-ci ildə göndərməyi planlaşdırır. Bu, şirkətin yaradıcısı Elon Muskın başqa planetə insanları göndərmək planı istiqamətində birinci addım olacaq. Marsa ilk insan missiyasını 2030-cu ildə göndərməyi planlaşdıran NASA bildirib ki, SpaceX-in «Red Dragon» («Qırmızı Əjdaha») adlanan ilk missiyasına texniki dəstək verəcək.

İşıq xərçənglə mübarizə aparmağa kömək edəcək

Alimlər xərçəngə qarşı mübarizədə ilk dəfə «optogenetika» adlı üsuldan istifadə ediblər. Optogenetika elektrik siqnallarının hüceyrələrə yönəldilməsini nəzərdə tutur. Tədqiqatın aparıcı müəllifi Brook Chernet qurbağa embrionunu xərçəngə məruz qoymaq üçün ona iki onkogen gen növünü yeridib. Daha sonra onlar şiş tipli hüceyrələrdə işığa həssas «ion kanalları» yaradan başqa bir gen yeridiblər.

SpaceX hərbi kosmik uçuşlara Boeing - Lockheed monopoliyasına son qoyub

Çərşənbə günü ABŞ Hərbi Hava Qüvvələri (HHQ) milyarder Elon Muskın SpaceX şirkəti ilə GPS peykinin göndərilməsi üçün 83 milyon dollarlıq müqavilə imzalayıb. Beləliklə də hərbi kosmik gəmilərin kosmosa göndərilməsi sahəsində on ildən çox müddət ərzində Lockheed Martin Corp və Boeing Co-nun əlində olan monopoliyaya son qoyulub. HHQ rəsmisi deyib ki, GPS peyki 2018-ci ilin mayında Floridadan buraxılacaq.

Dehlidə dinozavr qalıqlarının saxlandığı muzey yanğına məruz qalıb

Hindistan paytaxtında yerləşən Milli Təbiət Tarixi Muzeyinin ən üst mərtəbəsi yanğına məruz qalıb. Bu muzey çox sayda bitki və heyvan növlərini sərgiləyir. Onların arasında 160 milyon il yaşı olan dinozavrın qalıqları da var. Yüzdən çox yanğınsöndürən üç saat ərzində yanğını söndürməyə çalışıb.

XS
SM
MD
LG