Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 21:01

Sülhməramlılar Azərbaycana qayıdıb


Azərbaycan sülhməramlılarının bir qrupu

Azərbaycan sülhməramlılarının bir qrupu

Azərbaycan Silahlı Qüvvələrinin 42 nəfərdən ibarət qrupu plana uyğun, rotasiya qaydasında Əfqanıstandan Bakıya qayıdıb.

Nazirliyin məlumatına görə, onlar NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstanda həyata keçirdiyi yeni «Qətiyyətli Dəstək» qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərirdilər.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu Əfqanıstandakı missiyada iştirak edir. Onlardan iksi hərbi həkim, ikisi isə mühəndis-istehkam ixtisası üzrə zabitdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG