Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:07

Nazir pensiyaçılara kreditdən danışıb


Səlim Müslimov
Səlim Müslimov

«Pensiyaçılara kreditlərin verilməsinin müvəqqəti dayandırılmasının həm mənfi, həm də müsbət cəhətləri var».

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslimov deyib.

Nazir bildirib ki, təqaüdçülərin hüquqlarının pozulmamasından ötrü Maliyyə Bazarlarına Nəzarət Palatası ən ideal düstur üzərində işləyir.

«Qəbul olunan qərarın müsbət tərəfi, pensiyaçıların əldə etdikləri məbləğlərin tamamilə onların fərdi ehtiyaclarının ödənilməsinə imkanlar yaradılmasıdır. Digər tərəfdən, pensiyaçıların özlərinin də kreditə ehtiyacı ola bilər. Onların bir vətəndaş kimi hüquqları çatır ki, kreditdən istifadə etsinlər. Bu isə məsələnin mənfi tərəfidir. Palata bunun tam dəqiq düsturunu tapacaq ki, pensiyaçıların bu hüquqları pozulmasın» - deyə nazir bildirib.

Bir müddət öncə Maliyyə Bazarlarına Nəzarət Palatası banklara pensiyaçılara kreditlərin verilməməsini tövsiyə etmişdi.

XS
SM
MD
LG