Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:36

Cəbhədəki olaylara görə cinayət işi açılıb


Baş prokuror Zakir Qaralov... və prezident İlham Əliyev
Baş prokuror Zakir Qaralov... və prezident İlham Əliyev

-

Baş Prokurorluq bildirir ki, Dağlıq Qarabağ bölgəsində Ermənistan tərəfinin əməlləri ilə bağlı cinayət araşdırmasına başlanıb.

Məlumatda qeyd edilir ki, işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri növbəti dəfə ağır artilleriya qurğularından cəbhəboyu mövqeləri və mülki əhalini intensiv atəşə tutub. Bununla beynəlxalq humanitar hüquq normalarının tələblərinin kobud surətdə pozulduğu bildirilir.

Prokurorluq qeyd edir ki, cəbhəboyu ərazilərin atəşə tutulması nəticəsində Ağdam rayonunun Çəmənli kənd sakini Əli Mustafayev qətlə yetirilib. Həmin kəndin, eləcə də rayonun Qaradağlı və Əfətli kəndlərinin 6 sakini qəlpə xəsarətləri alaraq yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.

Eləcə də Tərtər rayonunun Qapanlı, Həsənqaya, Qazyan və Qaynaq kəndlərində onlarla ev, orta məktəb və digər sosial obyektlər dağıdıldığı açıqlanır. Əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəydiyi bildirilir.

Ağdam və Tərtər rayon prokurorluğu qeyd olunan hadisələrlə bağlı cinayət işləri başlayıb.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube Kanalında izləyin:

XS
SM
MD
LG