Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 21:01

BMT-nin Suriya üzrə humanitar missiyasının rəhbəri Jan Egeland Hələb və Homsun bir sıra rayonlarında vəziyyətin faciəvi şəkildə pisləşdiyini bildirib.

O Hələbdə üsyançıların mövqelərinin bombalandığını və nəticədə 60-dan çox adamın öldüyünü, xəstəxana binası və digər tikililərin dağıldığını deyir.

Egeland deyib ki, yaxın saatlar və günlərdə atəşkəs rejiminin taleyi həll olunur.

BMT-nin Suriya üzrə elçisi Stefan de Mistura da bundan əvvəl atəşkəs rejiminin tam dağılmaq təhlükəsində olduğunu demişdi.

5 ildir ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG